Futbol üzrə İspaniya La Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, günün yeganə matçında “Barselona” doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb.

Kataloniya təmsilçisi bu oyunda minimal hesabla məğlub olub. Maraqlıdırı ki, “Barselona” bu rəqiblə səfər oyununda da oxşar hesabla uduzmuşdu.

Bu nəticədən sonra “Rayo Valyekano” 40 xalla 11-ci, “Barselona” isə 63 xalla ikinci pillədə qərarlaşıb.

İspaniya La Liqası
21-ci tur
24 aprel

Barselona – Rayo Valyekano 0:1
Qol: A.Qarsiya, 7.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp