Futbol üzrə Fransa çempionatında 34-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Dörd qolun qeydə alındığı “Klermon” – “Anje” matçında qalib müəyyənləşməyib. “Renn” doğma meydanda “Loryan”ı böyük hesabla məğlub edib. Ötən mövsümün qalibi “Lill” doğma meydanda “Strasburq”u, “Nitsa” isə “Trua”ı minimal hesabla üstələyib. “Mets” də evdə “Brest”ə oxşar hesabla məğlub olub. Səkkiz qolun qeydə alındığı “Nant” – “Bordo” qarşılaşması meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun son matçında isə 2-ci pillədə qərarlaşan Marsel “Olimpik”i səfərdə “Reyms”lə üz-üzə gəlib və minimal hesabla qalib gəlib.

Fransa Liqa 1
34-cü tur

23 aprel

Olimpik (Lion) – Monpelye 5:2
Qol: Dembele, 26. Mendes, 43. Auar, 63; 90+1. Ekambi, 68 – Vahi, 45+1. Savanye, 45+3.

Sent-Etyen – Monako 1:4
Qol: Xazri, 42-pen – Ben Yedder, 23. Volland, 25. Kolodzeyçak, 61-öz qapısına. Boadu, 77.

PSJ – Lans 1:1
Qol: Messi, 68 – Jan, 88.

24 aprel

Renn – Loryan 5:0
Qol: Buriqe, 17. Terye, 19. Traore, 47. Tait, 79. Laborde, 90+2.

Klermon – Anje 2:2
Qol: Bayo, 71. Da Kunya, 82 – Ço, 37. Traore, 44.

Mets – Brest 0:1
Qol: Belaili, 27.

Nant – Bordo 5:3
Qol: Kulibali, 47; 72. Manqas, 51-öz qapısına. Simon, 76. Bukari, 89 – Nyanq, 6. Dilrosun, 18. Kvatenq, 67.

Nitsa – Trua 1:0
Qol: Turam, 90+3.

Lill – Strasburq 1:0
Qol: Z.Çəlik, 87.

Reyms – Olimpik (Marsel) 0:1
Qol: Jerson, 83.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp