Futbol üzrə Xorvatiya çempionatında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qoritsa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra 69 xala malik “Dinamo” vahid liderliyini qoruyub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp