Futbol üzrə Macarıstan çempionatının qalibi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, “Ferentsvaroş” sona 4 tur qalmış çempionluğu təmin edib.

Stanislav Çerçesovun baş məşqçi olduğu komanda 29-cu turda evdə “Uypeşt”ə 2:1 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra xallarının sayını 62-yə çatdıran komanda rəqibləri üçün əlçatmaza çevrilib. 49 xalla 2-3-cü yerləri bölüşdürən “Kişvarda” və “Puşkaş Akademiya”sının liderə çatmaq üçün riyazı şansı da qalmayıb.

“Ferentsvaroş” tarixində 33 dəfə ölkə çempionu adını qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp