“Sabah” tarixinin iki rekorduna imza atıb. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Premyer Liqada ən böyükhesablı qələbəsini qazanıb, həmçinin özünün ən yüksək məhsuldarlığını nümayiş etdirib. Bu, 24-cü turun “Şamaxı” ilə ev görüşündə gerçəkləşib.

5:1 hesabı ilə qalib gələn bakılılar indiyədək heç vaxt 3-dən çox qol vurmamışdı. 12 qarşılaşmada üç top vuran və bunların altısında 3:0 hesabı ilə qalib gələn “Sabah” həm ilk dəfə 4 top fərqi ilə qalib gəlib, həm də ilk dəfə 4 və ya daha çox – 5 qol vurub.

Bu, klub tarixinin Premyer Liqadakı yubiley – 100-cü matçında qeydə alınıb. “Sabah” bu oyunlarda 30-cu qələbəsini qazanıb. Zurab Oçiqava komandasının ikinci qoluna imza atmaqla bakılıların Premyer Liqadakı 100-cü qolunu vurub. Bu, 50-ci ev matçındakı 15-ci qələbə kimi tarixə düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp