İspaniyanın “Barselona” klubu tarixdə ilk dəfə bir mövsümdə ardıcıl üç dəfə doğma meydanda uduzub.

Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın 21-ci turunun təxirə salınmış oyununda ötən gecə “Kamp Nou” da “Rayo Valekano“ya 0:1 hesabıyla uduzub.

Bu oyunadək kataloniyalılar La Liqada evdə “Kadis” ə (0:1), Avropa Liqasında isə “Ayntraxt”a (2:3) məğlub olmuşdu.

İndiyədək “Barselona” bir mövsüm ərzində evdə ardıcıl üç oyunda uduzmamışdı.

“Barselona” hazırda turnir cədvəlində 63 xalla 2-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp