Almaniyanın “Bayern” klubunun idman direktoru Həsən Salihamiciç komandanın hücumçusu Robert Levandovskinin gələcəyi haqda açıqlama verib.
Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi polşalı futbolçunu “Barselona”ya satmayacaqlarını bildirib:
“Barselona” 40-50 milyon avro təklif etsə belə, Levandovskini satmayacağıq. Bu o deməkdir ki, o, növbəti mövsümdə də “Bayern”də qalacaq. Onun bizimlə 2023-cü ilə qədər müqaviləsi var”.
“Barselona”nın Levandovski ilə yaxından maraqlandığı bildirilir.
“Transfermarkt”da 33 yaşlı futbolçunun dəyəri 50 milyon avro göstərilir.
Levandovski cari mövsümdə 31 matçda 33 qol vurub və 3 məhsuldar ötürmə edib.