Almaniyanın “Bayern” klubunda mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, polşalı hücumçu Robert Levandovski Münhen təmsilçisində ayın ən yaxşısı seçilib.
Bu barədə klubun rəsmi saytı məlumat yayb. O, azarkeşlər arasında aparılmış sorğuda komanda yoldaşları Kinqli Koman və Tomas Mülleri geridə qoyub.
33 yaşlı forvard martda meydana çıxdığı 4 oyunda 6 qola imza atıb.