Futbol üzrə Türkiyə Super Liqasında 34-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Beşiktaş” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb. “Qara qartallar” bu matçda 3 cavabsız qolla uduzub. “Sivasspor” isə evdə “Alanyaspor”u minimal hesabla üstələyib.

Türkiyə Super Liqası
34-cü tur

22 aprel

Rizəspor – Fənərbaxça 0:6
Qol: D.Rossi, 9. S.Dursun, 45+3; 45+9-pen; 51. Valensiya, 65. Sanqare, 76.

23 aprel

Fatih Karagümrük – Girəsunspor 2:1
Qol: Peşiç, 52-pen. C.Durmaz, 65 – Çikinyo, 48.

Qaziantep – Göztəpə 1:1
Qol: Fiqeyredo, 90+6 – Yahoviç, 90+2.

Adana Dəmirspor – Trabzonspor 1:3
Qol: Varqas, 75 – B.Peres, 7. Kornelius, 12. Djanini, 61.

24 aprel

Yeni Malatyaspor – Konyaspor 2:3
Qol: Tette, 47. Dikko, 63 – A.Bardakçı, 7. Koka, 37. Şkubiç, 59.

Başakşəhər – Hatayspor 3:0
Qol: D.Türüç, 65; 88. M.Təkdəmir, 77.

Altay – Qalatasaray 0:1
Qol: K.Aktürkoğlu, 8.

Antalyaspor – Kayserispor 1:1
Qol: Rayt, 56 – Attamah, 52.

25 aprel

Beşiktaş – Kasımpaşa 0:3
Qol: Muleka, 28; 82. Ouanes, 45+1.

Sivasspor – Alanyaspor 1:0
Qol: Fajr, 52-pen.

Shares: