Cüdo üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qidadan zəhərlənib.

Göygöl rayon prokurorluğundan “Operativ Media”ya bildirilib ki, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Shares: