“Trabzonspor” klubunun azarkeşləri Türkiyə Super Liqasının 35-ci turu çərçivəsində “Antalyaspor”a qarşı keçirəcəkləri oyundan əvvəl Şuşaya səfər edib.

Futbolinfo.az xəbər verir ki, fanatlar Şuşa qalasının qarşısında klubun nəhəng bayrağını açıblar.

Tərəfdarlar Qara dəniz təmsilçisinin dəyişməz ifadəsi olan “Bizə hər yer Trabzon” şüarını səsləndiriblər.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Trabzonspor” – “Antalyaspor” matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Meydan sahibləri rəqibinə uduzmasa, çempionluğu təmin edəcək.

Shares: