“Qəbələ”nin yarımmüdafiəçisi Omar Hani karyerasını İndoneziyada davam etdirə bilər. O, sözügedən ölkə mətbuatında gedən xəbəri “Futbolinfo”ya açıqlamasında təsdiq edib.
İordaniyalı oyunçu “Persiya Cakarta” klubundan rəsmi təklif aldığını deyib: “Bəli, belə bir təklif olub. Dəvət birbaşa mənə yox, agentimə göndərilib. Əslində, maddi cəhətdən də yaxşı təklifdir. Sadəcə, son qərarı verməmişik”.
Hani hələlik hazırkı klubu “Qəbələ” ilə heç bir danışıq aparılmadığını bildirib.