Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev xeyirxah addım atıb.

Futbolinfo.az xəbər verir ki, o, ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində əməliyyatı üçün pul yığılan Amir adlı körpəyə yardım edənlərin sırasına qoşulub.

30 yaşlı futbolçunun bu addımı sosial şəbəkədə də geniş müzakirə olunub. Onun xeyirxah davranışı insanlar tərəfindən rəğbətlə qarşılanıb.

ff6b6e01 f1b2 47a7 b9eb cf808634a6b5 - Futbolinfo.az
Shares: