“Arsenal”ın yarımmüdafiəçisi Məhəmməd Elneni İngiltərə klubu ilə yeni müqavilə imzalamağa hazır olduğunu açıqlayıb.
Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, misirli futbolçu “Arsenal”ı sevdiyini bildirib:
“Klub desə ki, “sən bizə lazımsan”, mən qalmağa hazıram. Artıq altı ildir ki, “Arsenal” mənim ailəmdir. Mən bu klubu sevirəm”.
29 yaşlı Elneni 2016-cı ildən “Arsenal”da çıxış edir.
Misirli yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.
Elneni ilə “Arsenal” arasındakı müqavilə bu mövsümün sonunda başa çatır.