Yunanıstanlı futbolçu Vasilios Kutsianikulis vaxtilə “Neftçi”dən aldığı təklifdən danışıb. Futbolinfo.az xəbər verir ki, 33 yaşlı sol cinah vingeri ölkəsinin mətbuatına açıqlamasında 2019-cu ildə Bakı klubu ilə danışıqlar apardığını, lakin çox məvacib istədiyinə görə razılaşa bilmədiklərini bildirib:

“OFİ-dən sonra “Neftçi”dən təklifim var idi. Mən daha çox pul qazanmaq istəyirdim, amma onlar bundan imtina etdi. Ona görə də transfer baş tutmadı. Səhv etmirəmsə, “Neftçi” mənə illik 80 min dollar təklif edirdi. Mən isə onlardan 100 min dollar istəmişdim. Amma onlar bundan imtina etdi. Fikirləşirdim ki, onlar danışıq üçün yenidən müraciət edəcək. Lakin belə olmadı”.

Hazırda “Anagennisi Karditsa” komandasında forma geyinən Vasilios Kutsianikulis karyerası ərzində “Erqotelis”, PAOK, OFİ, AEL, “Olimpiakos” (Volos), “Doxa Drama” kimi komandalarda da oynayıb.

Shares: