“Real”ın futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı fransalı hücumçu buna İngiltərədə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub.

Benzema bir mövsümdə səfərdəki pley-off matçlarında eyni ölkənin klublarına 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb. O, daha əvvəl İngiltərənin digər təmsilçisi “Çelsi”yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda het-trik etmişdi.

Benzema cari mövsümdə “Real”ın heyətində 41 oyunda 41 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

“Real”la “Mançester Siti” arasındakı cavab oyunu mayın 4-də keçiriləcək.

Shares: