“Neftçi”nin futbolçusu Tyaqo Bezerranın futbolinfo.az-a müsahibəsi

  • Son matçınızda “Səbail” üzərində çətin qələbə qazandınız…
  • Çox çətin olacağını gözləmirdik. Bu mövsüm onsuz da heç asan oyunumuz olmadı. Əslində, hər rəqibdən təhlükə gözləmək lazımdır. Çünki qarşımızda peşəkar futbol oynayan komanda var idi. Bütün rəqiblərə hörmət etməliyik. Öz oyunumuzu göstərə bilmədiyimiz üçün əziyyət çəkdik. Amma əsas odur ki, qalib gəldik.
  • Aldığınız qırmızı vərəqə barədə fikirlərin necədir?
  • Hakim də insandır və səhvlər edə bilirlər. Bəlkə də o epizodda hakim yanlış qərar vermişdi. Amma bunun çox üstünə getmək lazım deyil.
  • Meydançanın vəziyyət oyununuza nə qədər təsir göstərdi?
  • Bizim üçün də, rəqib üçün də vəziyyət eyni idi. Düşünürəm ki, bunu ciddi problemə çevirmək lazım deyil. Oynamaq lazımdır. Günümüzdə bu cür ot örtükləri çox az qaldı. Təbii ot örtüyünə keçilsə, yaxşı olar. Lakin istənilən halda vəziyyət hər kəs üçün eynidir.
  • Vurduğun gözəl qol barədə nə deyə bilərsən?
  • Həqiqətən çox gözəl alındır. Karyeramda belə qolların xüsusi yeri var.
  • Əvvəllər bu cür qollar vurmusan?
  • Bəli, vurmuşam. Bu ilk deyildi.
  • Konfrans Liqasına vəsiqəni təmin etdiniz. Demək olar ki, komanda artıq bütün diqqətini sadəcə kuboka yönəldəcək?
  • Çempionluq yarışından çox kənarda qaldıq və bizim üçün artıq kubok çox önəmlidir. Fikrimcə, bundan sonra bütün gücümüzü ora yönəltməliyik. 2 gün sonra oyunumuz var və ona hazırlaşırıq. Ən azından mövsümü bir titulla başa vurmalıyıq.
  • Kubokda da qarşınızda “Qarabağ” kimi rəqib var. Qazanmaq şansınızı nə qədər görürsən?
  • Böyük ehtimal finala “Qarabağ” keçəcək. Düzdür, “Qəbələ” müqavimət göstərəcək, amma Ağdam klubunun şansları böyükdür. Bizim də qarşımızda güclü rəqib var. “Zirə” səddini adlamalıyıq. Finalda kim gəlsə, bütün gücümüzlə onlara qarşı çıxış edəcəyik. Kubok bizim olacaq.

CAVAD

Shares: