“Real”ın hücumçusu Kərim Benzema komandasının UEFA Çempionlar Liqasının “Mançester Siti” ilə ilk yarımfinal oyunu haqda (3:4) danışıb.
Futbolinfo.az xəbər verir ki, fransalı forvard möhtəşəm oyun olduğunu bildirib:
“Möhtəşəm komandaya qarşı möhtəşəm yarımfinal oyunu idi. “Mançester Siti” oyuna daha yaxşı başladı. Amma biz birinci hissənin sonunda təslim olmadıq və müəyyən şanslar yaratmağa başladıq. Belə böyük komandalara qarşı “fırtına”dan çıxmağı bacarmalısan. Bunu etdik və sonda üç qol vura bildik”.
Benzema oyunda biri penaltidən “Panenka” zərbəsi ilə olmaqla iki qola imza atıb.
“Real”la “Mançester Siti” arasında cavab matçı mayın 4-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.