“Vilyarreal”ın müdafiəçisi Raul Albiol UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “Liverpul”la ilk oyunu haqda gözləntilərini bölüşüb.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, iki əla matç keçirəcəklərini söyləyib:
“Çempionlar Liqası hər addımda daha da çətinləşir. Əvvəlcə “Yuventus”, sonra “Bayern”, indi də “Liverpul”. Biz bu qarşılaşmaya məsuliyyətlə yanaşırıq. Finala yüksələcəyimizə inanaraq, iki əla matç keçirməyə çalışacağıq. İlk 90 dəqiqəni evdən kənarda keçirəcəyik. “Enfild”də oynamağın necə çətin olduğunu hamı bilir. Komandamız hazırdır, çünki bu mövsüm bir sıra ciddi sınaqlardan keçib. Bilirik ki, bizə daha yüksək səviyyəli oyunçular müqavimət göstərəcək. Amma bizim də öz “silahlarımız” var”.
Bu gün keçiriləcək “Liverpul” – “Vilyarreal” matçı saat 23:00-da başlayacaq.