Edi Reski Dviçayo – Ezmi Qovimuramadhoni tandemi İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən badminton üzrə Avropa çempionatında çıxışını başa vurub.

Futbolinfo.az xəbər verir ki, badmintonçularımız 1/8 finalda İngiltərə təmsilçiləri Ben Leyn-Şon Vendi qoşası ilə qarşılaşıb.

Gərgin keçən görüş 3 set davam edib. Edi – Ezmi qoşası ilk setdə rəqibinə 22:20 hesabı ilə qalib gəlsə də, növbəti 2 setdə uduzub (17-21, 10-21).

Shares: