Azərbaycanın Yunan-Roma, sərbəst və qadın güləşi üzrə U-20 yığmaları ölkə xaricində təlim-məşq toplanışına başlayıb.

Futbolinfo.az xəbər verir ki, hər üç komandamız aprelin 26-dan Türkiyədə hazırlıq prosesinə start verib.

İki həftəlik toplanış iyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq U-20 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Yunan-Roma güləşçilərimiz böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Boluda hazırlıq keçir. Heyətdə 15 idmançı yer alıb.

Sərbəst güləşçilərimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında İstanbulda məşqləri davam etdirir. Heyətdə 13 idmançı yer alıb.

Qadın güləşçilərimiz isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Niğdədə toplanış keçir. Heyətdə 9 idmançı yer alıb.

Türkiyə milliləri ilə ortaq keçirilən təlim-məşq toplanışı yekunlaşdıqdan sonra yığmalarımız mayın 13-dən 15-dək Antalyada baş tutacaq “Çempionlar” turnirində çıxış edəcək.

Shares: