Türkiyənin “Göztəpə” klubu baş məşqçi Stepan Tomas ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
46 yaşlı xorvatiyalı mütəxəssislə yanaşı, köməkçiləri də istefaya göndərilib. Klub baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.
Stepan Tomas bu ilin martında “Göztəpə”yə baş məşqçi təyin olunmuşdu. Lakin o, komandanı elitada saxlamağı bacarmayıb. İzmir təmsilçisi bu məşqçinin rəhbərliyi altında meydana çıxdığı 6 oyunda cəmi 1 xal toplaya bilib.
“Göztəpə” futbolçusu Soner Aydoğdu ilə də qarşılıqlı razılıq əsasında yollarını ayırıb. 31 yaşlı oyunçu bu mövsüm Super Liqada meydana çıxdığı 32 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.