“Sabah”ın əsas komandasının vingeri, cari mövsümdə ən məhsuldar futbolçusu Coy-Lens Mikels klub akademiyasının U-12 komandası ilə görüşüb.
Futbolinfo.az xəbər verir ki, komandanın məşqinə gələrək sürpriz edən almaniyalı futbolçu, görüş zamanı azyaşlı futbolçuların suallarını cavablandırıb.
Sonda U-12 komandasının üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib olan futbolçuya Mikels öz imzalı formasını hədiyyə edib.