Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, namizədlər Kərim Benzema (“Real”), Xuan Foyt (“Vilyarreal”), Bernardu Silva (“Mançester Siti”) və Tyaqo Alkantaradır (“Liverpul”).

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Shares: