“Liverpul” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Vilyarreal”a 2:0 hesabı ilə qalib gəlib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma “qırmızılar”ın hücumçusu Sadio Mane üçün əlamətdar olub.
55-ci dəqiqədə oyunda son nöqtəni qoyan seneqallı hücumçu ÇL-in pley-off mərhələlərində qol sayını 14-ə çatdırıb və afrikalı futbolçular arasında pley-offda ən çox qol vurma rekordunu təkrarlayıb.
30 yaşlı Sadio Fil Dişi Sahilinin keçmiş futbolçusu Didye Droqba ilə eyni göstəriciyə malikdir.