Bir neçə gün öncə mətbuatda “Qarabağ”ın hücumçusu Musa Qurbanlıya xarici klublardan təkliflər olduğu barədə xəbər yayılmışdı. Əsasən Avstriyanın “Volfsberq” klubunun gənc forvardın xidmətində maraqlı olduğu bildirilmişdi.

Avstriyadan Qurban Qurbanovun oğluna təkliflər olması ilə bağlı xəbərlər yeni deyil. Bir neçə müddət öncə də bu cür məlumatlar mətbuatda yayılmışdı.

Xəbərin doğruluğunu dəqiqləşdirmək üçün “Volfsberq”in vitse-prezidenti Kristian Puffla əlaqə saxladıq. O, futbolinfo.az-a açıqlamasında məlumatı təkzib etdi: “Açığı, bunu ilk dəfə sizdən eşidirəm. Belə bir futbolçu ilə maraqlanmamışıq. Yanlış informasiyadır”.

Shares: