İspaniyanın “Barselona” klubunun müdafiəçisi Oskar Mingesa koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən o, karantinə alınıb. İspaniyalı oyunçunun səhhətinin yaxşı olduğu bildirilib.

“Barselona”nın yetirməsi olan Oskar Mingesa 2020-ci ildən əsas komandada çıxış edir.

Shares: