UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, rəmzi komandaya “Liverpul”dan 7, “Mançester Siti”dən 3, “Real”dan isə 1 futbolçu düşüb:
Qapıçı: Alison Bekker (“Liverpul”);
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Dayk, İbrahima Konate, Endryu Robertson (hamısı “Liverpul”);
Yarımmüdafiəçilər: Tyaqo Alkantara, Sadio Mane (hər ikisi “Liverpul”), Kevin De Bruyne, Bernardo Silva, Fil Foden (hər üçü “Mançester Siti”);
Hücumçu: Kərim Benzema (“Real”).
Yarımfinalın ilk qarşılaşmalarında “Mançester Siti” evdə “Real”a 4:3, “Liverpul” isə “Vilyarreal”a 2:0 hesabı ilə qalib gəlib.