Yeni mövsümdən “Kəpəz”in yeni baş məşqçisi olacaq. Birinci Divizionda ən yüksək büdcəyə malik komandanın 21 matça cəmi 31 xal toplaması, liderdən 20 xal geridə olması ciddi narazılıq yaradıb.

Azarkeşlərlə problem yaşayan, Gəncədə hamının uğursuz saydığı Yaşar Vahabzadədən AFFA-da da üz döndəriblər. Son turda aşkar autsayder “Zirə-2”-yə məğlubiyyətdən sonra assosiasiyada baş məşqçini qoruya bilməyəcəklərini anlayıblar. Qurum illərdi işlədiyi bütün komandalarda uğursuz nəticələriylə yadda qalan sevimli kadrına əvəzləyici axtarışına başlayıb.

“Kəpəz” birbaşa AFFA-dan maliyyələşdiyi və idarə olunduğu üçün komandaya baş məşqçini bu qurumun axtarması kimsəyə qəribə gəlməsin. Absyrddu, amma reallıqdı. Üstəlik, hamıdan çox vəsait xərclənən komanda biabırçı vəziyyətdədisə, dəyişiklikdən başqa yol yoxdu.

AFFA narazı yerli publikanın könlünü almaq üçün Gəncənin futbol veteranlarından birinə komandaya göndərmək niyyətindədi. Hazırda “Neftçi”nin əvəzedicilərinə rəhbərlik edən Mahmud Qurbanova ilk təklif göndərilib. Yayda bakılılarla müqaviləsi bitən sabiq yarımmüdafiəçi də bunun əleyhinə deyil. Premyer Liqada çalışmaq istəyən Mahmud bəy artıq bəzi yerli futbolçularla qeyri-rəsmi danışıqlara başlayıb.

Shares: