Nəhayət, Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin futbolinfo.az saytına müsahibə verməyə razılaşdı. Bu dəfə AFFA-dan xüsusi icazə almağa ehtiyac görmədi, lakin çox qısa danışdı, bütün məsələlərə toxunmadı.

– Elxan Məmmədovun FIFA-da vəzifə alması, AFFA-nın icraçı vitse-prezident postundan getməsini necə dəyərləndirirsiz? Bunun sizin fəaliyyətinizə təsiri olacaq.

– Mənim üçün də, AFFA üçün də böyük itki, eyni zamanda qürurdu.  İnanıram ki, o, qurumdakı illəri və işləmək bacarığı ilə tanınıb. Fikrimcə, Elxan Məmmədov hər ehtiyacında AFFA-nın yanında olacaq.

– Millimizin oyunçusu Anatoli Nuriyev “Sumqayıt”la müqavilə imzalayıb. Bunu geriyə kimi dəyərləndirmirsiz?

– Anatoli həyatında incə bir an yaşayır. Son ay yarım ərzində onunla dəfərlərlə danışmışam. Ümid edirəm ki, Ukraynadakı vəziyyət ən qısa zamanda həll edilər.  Heç vaxt gələcək haqqında “heç vaxt” demə. Hazırda ən vacib şey onun və ailəsinin sağlamlığıdır.

– Almaniya ikinci bundesliqasında çıxış edən Dmitri Nazarovu yığmaya dəvət etdiniz. Onun gələcəyi haqqında hansı fikirləriniz yarandı?

– Yeni dövrə başlayanda mən başqa yolları sınamaq üçün gənc oyunçuları cəlb etmək istədim. Dmitri haqqında əvvəldən eşitdiyim bir futbolçudur, sonra pandemiya və hərəkət çətinlikləri yarananda ona zəng etməmək qərarına gəldim. Açığı, onun texniki keyfiyyətlərinə heç vaxt şübhə etməmişəm. Məncə, o, Millətlər Liqasında bizə böyük bir şey verə bilər.

– Onun da Azərbaycandan təklif aldığı və bura gələcəyi bildirilir…

– Dmitrinin gələcəkdə nə edəcəyini bilmirəm. Onun təcrübəsi ilə ən yaxşı seçimi edəcəyinə əminəm.

CAVAD

Shares: