UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Futbolinfo.az xəbər verir ki, bu ada Almaniyanın “Leypsiq” klubundan Anxelinyo ilə Marsel Halstenberq, “Ayntraxt”dan isə Daiti Kamada və Cibril Sou namizəddir.

UEFA Konfrans Liqasında isə Niderland “Feyenoord”undan Siril Dessers, Luis Sinisterra, İtaliya “Roma”sından Lorentso Pelleqrini və İngiltərənin “Lester Siti” klubundan Ademalo Lukman həftənin oyunçusu adına namizəddir.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə yolu ilə müəyyənləşəcək.

Shares: