Çempionşipdə mübarizə aparan “Derbi Kaunti” klubunun baş məşqçisi Ueyn Runi Premyer Liqa komandasının “sükanı arxasına” keçə bilər.

Futbolinfo.az “The Sun”a istinadən xəbər verir ki, ingilis mütəxəssislə “Bernli” maraqlanır. Klub rəhbərliyi Runinin hazırda Premyer Liqanın turnir cədvəlində 17-ci yerdə olan “Bernli”ni dirçəldə biləcəyinə əmindir.

Runi 2021-ci ilin yanvarından “Derbi Kaunti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Çempionşipi vaxtından əvvəl tərk edib. Hazırda “Derbi Kaunti” ciddi maliyyə problemi yaşayır.

Shares: