28 gündən sonra Azərbaycan kubokunun sahibi bəlli olacaq. Amma hələ də final matçının hansı stadionda reallaşacağı dəqiqləşməyib.
Bütün dünyada təqvim mövsümün əvvəli müəyyənləşir, hətta növbəti mövsümlərdə finalların harada keçiriləcəyi elan olunur. Azərbaycanda isə belə qərarlar vəziyyətə, rəhbərlərin əhval-ruhiyyəsinə, başqa maraqlarına görə verilir. Ona görə də cavab yarımfinallarının keçirildiyi gündə də qaliblər kubok üçün harada mübarizə aparacaqlarından xəbərsiz olacaq. Bu sualla müraciət etdiyimiz Peşəkar Futbol Liqasından bildirdilər ki, qərar yaxın günlərdə veriləcək. Bir neçə variant var və onlardan ən uyğunu seçiləcək. Ümid edək ki, qərar vermək üçün mayın 27-ni – final gününü gözləməzlər.