“İkinci hissədə yaxşı oyun nümayiş etdirdik. Kriştiano Ronaldo əla qol vurdu. İlk yarıda problemlər yaşadıq, lakin David De Xeanın seyvləri bizə kömək etdi”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik İngiltərə Premyer Liqasının 37-ci turunda “Çelsi” ilə keçirilən oyun haqda (1:1) danışarkən deyib:
“İkinci hissədə daha yaxşı oynadıq, topa daha çox nəzarət etdik. “Çelsi” top-komandadır, Çempionlar Liqasını qazanması təsadüfi deyil. Bizdə isə 8 futbolçu yox idi. Bununla belə, heç-heçəyə layiq idik. Qol vurduğu üçün demirəm, Ronaldonun 37 yaşındakı oyunu anormallıqdır. O, bugünkü kimi oynasa, yenə də komandaya böyük kömək edə bilər”.
“Mançester Yunayted” Premyer Liqada 55 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.