Türkiyənin “Qalatasaray” klubunda aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi baş tutmayacaq.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi Ümumi Yığıncaqla bağlı qərarını açıqlayıb.

Məhkəmə “sarı-qırmızılar”da seçkinin sabah baş tutmayacağını bildirib.

Xatırladaq ki, İstanbul təmsilçisində hazırkı prezident Burak Elmasın fəaliyyətinin İdarə Heyəti tərəfindən müsbət rəy almamasına görə prezident seçkilərinin keçirilməsinə ehtiyac duyulub.

Shares: