Azərbaycan kubokunun cari mövsümünün final matçı Bakıda keçiriləcək. Qəbələ və Şamaxı variantları müzakirə olunsa da, yekunda oyunun paytaxtda baş tutması qərara alınıb.
Əslində, finalçıların bu gün bəlli olacağını nəzərə alsaq, 28 gün sonra baş tutacaq həlledici görüşün yerinin hələ də açıqlanmaması məyusluq doğrur. AFFA rəhbərliyinin qərarını gözləyən Peşəkar Futbol Liqası bu baxımdan çox gecikib.
Hələ rəsmi qərar açıqlanmayıb, amma “Futbolinfo” özəl mənbələrdən matçın Masazırda baş tutacağını öyrənə bilib. Mayın 27-dəki qarşılaşma böyük ehtimalla “Bank Respublika Arena”da keçiriləcək.