Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatının 33-cü turu çərçivəsində keçiriləcək “Lokomotiva” ilə matçda oynaya bilər.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı hücumçunun şəkli klubun bu oyun üçün hazırladığı posterdə yer alıb. Həmin posteri klub sosial şəbəkə hesablarında paylaşıb.

Çiynindən zədələnən və Kiyev “Dinamo”su ilə xeyriyyə görüşünü buraxan Mahirin bu gündən məşqlərdə iştirakı gözlənilir. O, matç günü çiynində ağrı hiss etməsə, böyük ehtimalla “Lokomotiva”ya qarşı oynayacaq.

Qeyd edək ki, mayın 1-də keçiriləcək Zaqreb derbisinə Bakı vaxt ilə saat 21:05-də start veriləcək.

Shares: