“Qarabağ”ın zədəsini sağaldan yarımmüdafiəçisi Xayme Romero 225 gün sonra yenidən əsas komandanın heyətində matça çıxıb.

Futbolinfo.az xəbər verir ki, ispaniyalı futbolçu bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan “Qəbələ” ilə görüşün ikinci hissəsində meydana buraxılıb.

Xatırladaq ki, Xayme Romero ötən ilin sentyabrında Konfrans Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda İsveçrə “Bazel”inə qarşı oyunda (0:0) zədələnmişdi.

Yeri gəlmişkən, “Qarabağ” – “Qəbələ” oyunundan əvvəl topa ilk toxunuşu “Qarabağ” amputant futbol komandasının kapitanı Elnur Sadiqov edib. Qazilər və ümumi idmançılardan təşkil olunmuş “Qarabağ” amputant futbol komandası gələn ay avrokuboklarda iştirak edəcək.

278869641 542644760563896 1323004623101645590 n - Futbolinfo.az
Shares: