Bakıda təlim-məşq toplanışını davam etdirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Ceyhun Hacıyev fərqlənib.
Qeyd edək ki, U-18 keçirdiyi ilk yoxlama oyununda “Sumqayıt”ın əsas komandası ilə 1:1 hesablı heç-heçə etmişdi.