Futbol üzrə Moldova çempionatında 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “Şerif” növbəti dəfə ölkə çempionu olub.

Tiraspol təmsilçisi buna 26-cı turda səfərdə “Dinamo-Avto”nu 3:0 hesabı ilə məğlub etməklə nail olub. Bu qələbədən sonra xallarını 66-ya çatdıran komanda sona 2 tur qalmış ən yaxın izləyicisi “Petrokub”u 10 xal qabaqlayır.

Bu, “Şerif”in tarixində 20-ci ölkə çempionluğudur. 1997-ci ildə yaradılmış bu klub tarixi ərzində bütövlükdə 39 titul qazanıb. “Şerif” həm də Moldovanın UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamış ilk klubudur.

Shares: