PSJ “Barselona”nın hücumçusu Osman Dembeleyə maliyyə baxımından sərfəli təklif edib.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl parislilər fransalı vingerə ildə 17 milyon avro məvacib alacağı təklif göndərərək, həm də böyük imza bonusu vəd ediblər. Dembele Paris klubundan düşünmək üçün vaxt istəyib.
24 yaşlı futbolçunun özü üçün prioritet “Barselona” ilə müqavilənin uzadılmasıdır. Dembele hətta Kataloniya klubunda qalmaq üçün maaşının azaldılmasına da hazırdır.
Dembelenin “Barsa” ilə hazırkı müqaviləsi bu ilin yayında başa çatır.