UEFA Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadacaq.

Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, UEFA növbəti həftə bu məsələ ilə bağlı qərarını açıqlayacaq.

Xəbərdə bildirilir ki, Rusiya Futbol İttifaqı UEFA-dan çıxarılmayacaq. Amma diskvalifikasiya qərarı 2022/2023 mövsümündə də qüvvədə olacaq.

FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya milli komandalarını və klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Shares: