İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi Antonio Konte azarkeşlərə müraciət edib.

Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə görə bu addımı atıb:

“Saxta xəbərlərə qulaq asmayın. Komandaya problem yaratmaq istəyənlər var. Qarşıda bizi beş oyun gözləyir, mövsümün sonunda klubla danışacam. Biz ən yaxşı qərarı verəcəyik”.

Kontenin London klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Onun Fransanın PSJ komandasına keçəcəyi iddia olunur.

Shares: