“Dinamo”da (Zaqreb) forma geyinən azərbaycanlı futbolçu Mahir Emrelinin “Lokomotiva”ya qarşı Xorvatiya 1-ci liqasının 33-cü turun oyununda meydana çıxması sual altındadır.
Futbolinfo.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç oyundan əvvəl keçirilən mətbuat konfransında açıqlama verib.
69 yaşlı mütəxəssis Mahirdən fərqli olaraq, digər zədəlilərin durumunun yaxşı olduğunu bildirib:
“Son məşqdən sonra kimlərin start heyətində olacağı dəqiqləşəcək. Uşaqlar çalışırlar. Bu, fərqli oyn olacaq. Rəqib meydana yüksək motivasiya ilə çıxacaq”.
Bu gün keçiriləcək “Lokomotiva” – “Dinamo” matçı saat 21:05-də başlayacaq.
Mahir Emreli “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri 32-ci turun oyununda çiynindən zədələnib.