Futbol üzrə İspaniya La Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Real” La Liqada sona 4 tur qalmış çempionluğu təmin edib.
Madrid təmsilçisi bu gün 34-cü tur çərçivəsində “Espanyol”u qəbul edib və 4:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində xallarını 81-ə çatdıran “Real” ən yaxın izləyicisi “Sevilya”nı 17, potensial izləyicisi “Barselona”nı isə 18 xal geridə qoyub.
“Kral klubu” bununla da tarixində 35-ci dəfə İspaniya çempionatının qızıl medallarına sahib olub. “Real”ın italiyalı çalışdırıcısı Karlo Ançelotti isə “Böyük beşlik” ölkələrinin çempionu adını qazanan ilk baş məşqçi kimi tarixə düşüb. O, daha öncə ölkəsində “Milan”la, İngiltərədə “Çelsi” ilə, Fransada PSJ ilə, Almaniyada isə “Bayern”lə ölkə çempionu olmuşdu.