Futbol üzrə Türkiyə Super Liqasında 35-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
Lider “Trabzonspor” bu dəfə evdə “Antalyaspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı matç heç-heçə yekunlaşıb. Bu oyunda qazandığı 1 xal Trabzon klubunun çempionluğu təmin etməsi üçün yetərli olub. Mövsümün sonuna 3 tur qalmış rəqibləri üçün əlçatmaza çevrilən “Trabzonspor” 35 illik fasilədən sonra çempion olub. Sonuncu dəfə 1983/84 mövsümündə çempion olmuş bu komanda tarixində 7-ci dəfə Türkiyənin ən güclüsü adını qazanır.
Türkiyə Super Liqası
35-ci tur
29 aprel
Fənərbaxça – Qaziantep 3:2
Qol: D.Rossi, 5. S.Dursun, 62. M.Zayç, 82 – A.Sagal, 64. A.Maksim, 90+7-pen.
Girəsunspor – Adana Dəmirspor 2:0
Qol: U.Nayir, 21. Serjinyo, 48.
30 aprel
Konyaspor – Fatih Karagümrük 1:2
Qol: Byutyuqi, 23 – S.Onur, 81. Karamo, 84.
Kasımpaşa – Başakşəhər 2:3
Qol: Fall, 43. Muleka, 78 – Gulbrandsen, 28. Trezeqe, 45. D.Türüç, 52.
Trabzonspor – Antalyaspor 2:2
Qol: Kornelius, 3. D.Tokoz, 62 – Ndao, 51. Rayt, 80.
Hatayspor – Altay 0:1
Qol: Kappel, 10.
1 may
17:00 Kayserispor – Beşiktaş
17:00 Alanyaspor – Yeni Malatyaspor
21:30 Qalatasaray – Sivasspor
21:30 Göztəpə – Rizəspor