Futbol üzrə İtaliya A Seriyasında 35-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Sampdoriya” doğma meydanda “Cenoa”nı tək qolla yenib. “Kalyari” evdə “Verona”ya, “Spetsiya” isə “Latsio”ya məğlub olub. Çempionluq şansını itirən “Napoli” bu dəfə “Sassuolo” ilə qarşılaşıb və darmadağına sevinib.
İtaliya A Seriyası
35-ci tur
30 aprel
Kalyari – Verona 1:2
Qol: J.Pedro, 57 – Barak, 8. Kaprari, 44.
Napoli – Sassuolo 6:1
Qol: Kulibali, 7. Osimhen, 15. Lozano, 19. Mertens, 21; 54. Rrahmani, 80 – M.Lopes, 87.
Sampdoriya – Cenoa 1:0
Qol: Sabiri, 25.
Spetsiya – Latsio 3:4
Qol: Amian, 9. Aqudelo, 35. Hristov, 56 – İmmobile, 33-pen. Provedel, 54-öz qapısına. Milinkoviç-Saviç, 68. Açerbi, 90.
1 may
14:30. Yuventus – Venesiya
17:00. Milan – Fiorentina
17:00. Empoli – Torino
20:00. Udineze – İnter
22:45. Roma – Bolonya
2 may
22:45. Atalanta – Salernitana