Norveçin Stavanger şəhərində təşkil olunan şahmat üzrə “Norway Chess” çərçivəsində blits turnir keçirilib.

Futbolinfo.az xəbər verir ki, dairəvi sistemlə təşkil olunan 1 günlük turnirin nəticələri “Norway Chess”də start nömrələrini müəyyənləşdirib.

Blits yarışın qalibi Uesli So olub. Ölkəmizi mötəbər turnirdə Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov təmsil edir. Şahmatçılarımız blitsdə müvafiq olaraq 5 və 10-cu yeri tutub.

Stavangerdə əsas yarış bu gün başlayacaq.

Shares: