UEFA Millətlər Liqasının Belarus – Azərbaycan matçı azarkeşsiz keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Serbiyanın “novosti.rs” saytı məlumat yayıb.

UEFA Belarus millisinin Millətlər Liqasında üç ev oyununun Serbiyanın Novi Sad şəhərində keçirilməsi haqda qərar verib. Xəbərdə bildirilir ki, Slovakiya (3 iyun), Azərbaycan (6 iyun) və Qazaxıstanla (10 iyun) oyunlara azarkeş buraxılmayacaq. Bu haqda qərarı UEFA verib.

Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyulub. Buna sözügedən ölkənin Rusiya ilə birgə Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirakı səbəb olub.

Shares: