Bir müddət öncə “Qəbələ”dən ayrılacağı ilə bağlı xəbərlər dolaşan iordaniyalı yarımmüdafiəçi Omar Hani ölkəmizdə qalacaq. Bu barədə futbolinfo.az-a futbolçunun özü məlumat verib.

Xatırladaq ki, yarımmüdafiəçinin İndoneziyanın “Persiya Cakarta” klubuna keçmək variantı yaranmışdı. Amma ötən müddətdə vəziyyət dəyişib və Hani 2021-ci ildən çıxış etdiyi “Qəbələ”də qalmaq qərarı verib.

Shares: